Facebook Messenger-ə birbaşa video əlavə olundu

Facebook Messenger istifadəçilərini birbaşa video (instant video) imkanı ilə sevindirdi. Bu yeniliyin Facebook-un öncədən mövcud olan Video Zəng xüsusiyyətindən əsas fərqi ondan ibarətdir ki, siz görüntülü danışığı davam etdirməklə yazışmağa davam etdirə bilərsiniz.

Bu yeniliklə Facebook video görüntülərin göndərilməsini emoji göndərmək qədər asanlaşdıracağına və video zənglərə alternativ xidmət təklif edəcəyinə inanır.

facebook-messenger-instant-video

Facebook Messenger istifadə edərkən, dostunuzla danışdığınız əsnada sağ-yuxarı küncdə video-kamera işarəsini görəcəksiniz. Sadəcə həmin işarəni basmaqla video görüntünü aktivləşdirə bilərsiniz. Qarşı tərəf sadəcə video görüntünü izləyə yaxud öz kamerası ilə video görüntülü danışığa qoşula bilər.