Facebook işə düzəltmə ilə əlaqədar tətbiqetmə işə saldı

Vakansiya elanlarının yerləşdirildiyi Social Jobs adlı tətbiqetmə artıq noyabr ayının 13-dən etibarən işə başlayıb. Bu tətbiqetmə Amerikanın dövlət qurumları və özəl işə düzəltmə agentlikləri ilə birgə hazırlanıb.

1 il ərzində hazırlanan bu funksiya 1.73 milyon hazır vakansiya elanı ilə işə başladılıb.

Tətbiqetmədə sizə uyğun iş vakansiyalarını filterlər vasitəsi ilə axtarıb tapmaq olur. Həmçinin istifadəçilərə onların Facebook səhifələrində fəaliyyət tərzlərinə uyğun seçimlər təklif olunacaq.

Facebook öz 1 milyardlıq istifadəçi kütləsinə bu xidməti açaraq ümid edir ki Amerika iş bazarında kifayət qədər fəallığa səbəb olacaq.

Bir çox ekspertlər bu tətbiqetmənin istifadəyə buraxılmasını ilə Facebookun məşhur Linkedin şəbəkəsi ilə rəqabətə başlaması kimi qələmə verirlər.