Facebook il ərzində ABŞ-da 11 milyon istifadəçi itirib

Facebook sosial şəbəkəsi il ərzində ABŞ-da qismən kompüter auditoriyası itkisi ilə üzləşib.

Belə ki, Nielsen tədqiqat şirkətinin hesabatına görə, Facebook-a ABŞ-dan daxil olan unikal istifadəçilərin sayı 11 milyon – 2012-2013-cü ilin martında 153 milyondan 142 milyon nəfərədək azalıb. Lakin Nielsen sosial şəbəkənin mobil auditoriyasının necə dəyişməsi barədə məlumat vermir.

Nielsen-in Facebook-dan istifadə ilə bağlı oxşar məlumatları digər müstəqil servis SocialBakers də qeyd edir. Şirkətin məlumatına görə, son il yarımda Facebook-un ABŞ-da aylıq auditoriyası 9 milyon, Böyük Britaniyada iki milyon istifadəçi azalıb.

Sosial şəbəkənin 2013-cü ilin birinci rübü üzrə hesabatında isə deyilir ki, Facebook-un aylıq aktiv auditoriyası 1,1 milyard istifadəçi təşkil edib ki, bu da bir il əvvəldən beşdə bir dəfə çoxdur. On iki ay ərzində mobil auditoriya iki dəfə artaraq 750 milyon istifadəçiyə çatıb.

Mənbə: www.mincom.gov.az