Facebook Home ümidləri doğrultmadı

Android istifadəçiləri, Home-u bəyənmədi.
Facebook-un son bombası Home Android sahiblərinin nə qədər xoşuna gəldi? Görünür ki, heç bəyənilmədi!
Android üçün təkmilləşdirdiyi Home ilə mobil telefon istifadəçilərinin sevimlisinə çevrilməyi ümid edən Facebookun xəyali, indiyə qədər gerçəyə çevrilmiş kimi görünmür.
Təxminən iki ay əvvəl müəyyən Android mobil telefonlar üçün təqdim edilən Facebook Home, indiyə qədər 500 mindən çox istifadəçi tərəfindən yüklənildi və 14.000 -dən çox istifaçə tərəfindən dəyərləndirildi. Ancaq 7.500 nəfərin müxtəlif səbəblərə görə tətbiqi bəyənməyib, ona yalnız tək ulduz verdiyi aydın görünür. Bununla birlikdə Hometme-a beş ulduz verənlərin sayı da 2.300 -ə çatır.
Problemlərdən biri batareya ömürüdür.
Facebook Home istifadəçilərin ən çox canını sıxan yanı, batareya ömrünə etdiyi mənfi təsir kimi görünür. Tək ulduzlu şərhlərin çoxunda launcher’ın batareyası istehlak etdiyindən bəhs edilir.