Facebook Home bir milyon dəfə yüklənib

Google Store-un məlumatına görə, Facebook Home  Android cihazlar üçün yayımlandıqdan bir ay sonra artıq 1 milyon dəfə yüklənib.

Cümə axşamı keçirilən mətbuat konfransında Facebookun mobil sahə üzrə rəhbərinin müxbirlərə verdiyi məlumata görə Facebook artıq təxminən 1 milyon dəfə yüklənib.

Facebook Home üçün bu yaxşı nəticə sayılsa da, Facebook Home üçün gələn tələblərdə də azalma olduğu diqqətdən qaçmır. Sadəcə ilk 10 gündə 500.000 dəfə yüklənib.  App Annie-nin məlumatına görə Facebook Home hazırda Android platformalar üçün olan ən məşhur tətbiqetmələr siyahısında ilk yüzlüyə düşə bilməyib. ABŞ-da isə sadəcə 50-ci pilləyə yüksələ bilib, ondan sonra isə geriləmiş və  ilk 300-lükdən kənarda qalmışdır.

Əksər tərtibatçılar bu nəticədən razı qalsa da, aylıq 750 milyon aktiv mobil istifadıçisi olan Facebook üçün bu o qədər də yaxşı göstərici sayıla bilməz. Bundan başqa, heç də tətbiqetməni yükləyənlərin hamısı ondan istifadə etmir və hazırda Facebook Home Google Play-də sadəcə 2 ulduzla qiymətləndirilmişdir.

Digər bir narahatlıq isə Facebook Home ilə bir yerdə gələn HTC First -ın qiymətinin düşməsidir.

Facebook-Home-app-rankings