Facebook-dan “Home” adlı yeni proqram

Facebookun Baş Direktoru Mark Zuckerberg şirkətin ağıllı telefonlar üçün yeni yaratdığı “Home”- u təqdim etdi.

Facebookun Kaliforniyada keçirilən mətbuat iclasında Zuckerberg yeni proqramın aprelin 12-dən etibarən Google Play vasitəsilə yüklənə biləcəyini qeyd etdi.

Gözləntilərin əksinə olaraq yeni telefon və ya işlətmə sisteminin yaranması yerinə Facebook, Google-un Android prossessoru ilə işləyən bütün ağıllı telefonların əsas mərkəz vasitəsilə idarə olunacaq bir mobil təcrübəni sınaqdan keçirdi.

Facebook-un yaradıcılarından biri olan Zuckerberg onu da xüsusilə qeyd etdi ki, yeni yaradılmış bu proqram sayəsində istifadəçilərə Android telefonlarda başqa heç bir platformalarda rast gəlməyəcəkləri bir yenilik təklif edir. Facebook məzmunu birbaş əsas ekrana daşımağı qarşıya məqsəd olaraq qoymuşdur. Android telefonlarının əsas ekranında hazırlandığı üçün yaradılan bu tətbiqetməyə “Home” adını verilmişdir. Zuckerbergin dediyinə əsasən, “məqsədimiz insanların ehtiyaclarını tətbiqetmələrinin qarşısına qoymaqdır”.

Zuckerberg dediyinə görə, istifadəçilərin e-mail, xəritələr və digər xidmətlər kimi tətbiqetmələri yalnız bir ekrandan görmələri üçün hazırlanmış “Home” Facebookun indiyə qədər yaratdığı ən yaxşı tətbiqetmədir.

HTC şirkətinin yeni yaratdığı telefonlarda standart “Home” proqramları olacaqdır. HTC-nin yeni telefonları aprelin 12-dən etibarən satışa çıxarılacaqdır.

Facebook-un yeni növünün daha çox reklam cəlb edəcəyi gözlənilir.

Facebook və Twitter kimi sosial şəbəkələr sayəsində sürətlə böyüyən mobil reklam sahəsi sadəcə Amerika Birləşmiş Ştatlarında mobil reklamlara xərclənən pulun bu il 77 % artaraq 7,29 milyard dollara çatacağı güman olunur.

Ümumilikdə isə Facebook-un mobil reklamlardan əldə etdiyi gəlirin isə 2013-cü ilin sonunda 965 milyon dollara çatması gözlənilir.