Facebook-da 3D Touch texnologiyası

Facebook Apple Store-da təqdim olunan tətbiqetməsini yeniliyərək 3D Touch texnologiyasına dəstək verib. Bildiyiniz kimi, Facebook iOS tətbiqetməsini hər 2 həftədən bir yeniləyir. Facebook  istifadəçilərinə daha yaxşı xidmət vermək üçün yeniləmələr edir, ancaq bu yeniləmələrin konkret olaraq hansı xüsusiyyətlər olduğunu açıqlamır.

Facebook bu gün yayımladığı yenilənmə ilə bərabər artıq iPhone 6S modellərində 3D Touch texnologiyasına dəstək verməyə başlayıb. İstifadəçilər iPhone 6S ilə Facebook tətbiqetməsinə daxil olmadan status və şəkil paylaşa biləcək. Bu üstünlükdən yararlanmaq üçün əgər iPhone 6S istifadə edirsəniz Facebook-u yeniləmək kifayətdir.

Facebook yenilənməsi eyni zamanda istifadəçilərə 99 MB olan məlumat ölçüsünü iOS 9 ilə 83 MB-a endirmək imkanı verir.

 

 

Comments are closed.