Facebook artıq Google Glass-da

Artıq həyatımızn ayrılmaz bir parçasına çevrilən Facebook belə görünür ki, Google Glass-da da qarşımıza çıxacaq.

“Glass to Facebook” adlı proqram Google Glass tətbiqetməsidir və onunla çəkilən şəkilləri birbaşa Facebooka yükləmənizi təmin edir. Tətbiqetmə nə Google, nə də Facebook tərəfindən rəsmi olaraq təstiqlənməsə də, hələ ki, heç bir problem olmadan işləyə bilir. Istifadəçinin Facebook hesabına qoşulan tətbiqetmə çəkilən şəkilləri birbaşa Facebook Ana səhifəyə göndərir. Səhifədə əvvəlkindən daha kiçik görünsə də sonradan böyüdüb tam ölçüdə baxmaq mümkündür. TesseractMobile tərəfindən hazırlanan tətbiqetməni yükləmək üçün sayta daxil olduğunuzda mühafizə bildirişi ilə qarşılaşacaqsınız. Bununla da istifadəçilərə tətbiqetməni yükləyərkən hər hansı bir təhlükə barədə xəbərdarlıq olunur.

Mark Zuckerbergin Googla Glass-ı böyük maraqla gözlədiyi məlumdur. Glass bazara çıxarıldığında yəqin ki qısa zaman ərzində rəsmi olaraq Facebook ona qoşulacaq.

http://www.tesseractmobile.com/#