Eybəcər telefonlar

Qısa müddətdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar ötən həftə səssiz-sədasız 40 yaşını qeyd etdi.

BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyinin məlumatlarına görə dünyada telefon istifadəçilərinin sayı 6.8 milyarda çatmışdır.

Hər yeni istehsal olunan telefon öncəkilərdən bir pillə üstün olur, lakin buna baxmayaraq heç uğur qazanmayan telefonlar da istehsal edilib. Bu yazımızda bu illər ərzində istehsal olunan ən pis telefonlardan bəhs edəcəyik.

Siemens Xelibri (2003)

ugly-cellphones-siemens-xelibri-line

Xelibri modaya uyğun olaraq istehsal edildi. Rəqəmsal termometrlərə bənzəyən bu cihaz cəmi iki il bazarda qala bildi.

Nokia N-Gage (2003)

Nokia_N-Gage

Nokianın GameBoy heyranlarını hədəf alaraq istehsal etdiyi bu cihaz həm telefon, həm də daşınabilən oyun konsolunun qarışığı olsa da, hər iki sahədə də uğursuz oldu. Cihazın düymələri daha çox telefon üçün dizayn edilmişdi və olduqca kobud dizaynı onu istifadəyə yararsız hala gətirirdi.
Motorola Rokr E1 (2005)

ROKRE1-2

iPhone-un təqdimatından iki il əvvəl Apple və Motorola, iTunes ile birlikdə dünyanın ilk iTunes music pleyerini istehsal etmək istədi. 176×220 piksellik bir ekranı olan cihazın bəzi önəmli mənfi cəhətləri var idi. Rokr E1 eyni anda sadəcə 100 fayl yadda saxlaya bilirdi.

Bang & Olufsen Serene (2005)

samsung-e910-bang-olufsen-serene

Adətən, sadə dizaynlar texnologiyada uğur qazansa da, Bang & Olufsenin 1.275 dollara bazara çıxardığı retro telefonu hər hansı bir uğur qazana bilmədi.

Virgin Mobile Lobster 700 TV(2006)

virgin_mobile_lobster_700_tv_mbaxy

Çirkin dəniz həşəratı omarın(xərçəngin) şərəfinə istehsal edilən bu telefonlar omar pəncəsi şəklindədir. Maraqlı ideya olsa da, telefon heç də xoş görünüşə sahib deyil.

Nokia X5-01(2010)

NOKIA X5-01-615

Kobud telefonları sevənlərin ürəyincə olan bu cihazı sevməyənlərin sayı da kifayət qədər çox idi. 2.36 inç 320×240 ekranı olan telefonun bir özəlliyi də klaviaturasının QWERTY olması idi.