Eticaret.az Nədir?

Eticarət.az portalı, məhsullarınızı, rəqəmsal fəaliyyətinizi, e-kitablarınızı və xidmətlərinizi heç bir virtual mağaza proqramına ehtiyac duymadan sata biləcəyiniz və gəlir əldə edəcəyiniz, üstəlik asan istifadə edilə bilən veb xidmətidir.

Eticaret.az ilə satmaq istədiyiniz rəqəmsal və ya daşınan məhsullarınızı asanlıqla satış obyektinə çevirə biləcək, onları veb saytınızda satışa çıxara biləcəksiniz. Bunun üçün hər hansı proqramlaşdırma vərdişlərinə malik olmağınıza ehtiyac qalmayacaq.

Eticaret.az portalı sizə məhsullarınızı asanlıqla əlavə edəcəyiniz bir interfeys təklif edir. Bu interfeysdən əlavə olunan məhsulları veb saytınızda satışa çıxara bilmək üçün “Sifariş et”, “Səbətə əlavə et” düymələrindən əlavə, e-maillərinizdə göndərəbiləcəğiniz bir link və daha ətraflı görünüş üçün bir veb saytı qoşması (widget) yaradır. Hazırlanan qoşmaları veb səhifənizə əlavə edərək heç bir əlavə proqramlama əməliyyatı etmədən və ya bahalı alışveriş sistemini veb saytınıza qurmağa çalışmadan məhsullarınızı satmaya başlaya bilərsiniz.

Eticaret.az portalı fərqli məhsul növlərinə görə xüsusiləşdirilmiş həll yolları təqdim edir.

Daşınan məhsul: Kuryer ilə göndərilə bilən məhsulları satmaq üçün istifadə olunan məhsul növü.

Rəqəmsal məhsul: Elektron olaraq təslim edilən məhsul növü. Eticarət.az fayllarınızı təhlükəsiz olaraq öz serverlərində saxlayır və sifariş olduğunda avtomatik olaraq müştəriyə çatmasını təmin edir.

E-Kitab: Yaratmış olduğunuz PDF fayllarınızı, tərkibinin sürətinin çıxarılmasını təmin olunacaq tədbirlərlə birlikdə və müştərinizin sifariş məlumatlarını da daxil edərək Sosyal DRM ilə gizli və baxıla bilən formada imzalayır. Sifariş sonrasında e-kitablar müştəriyə xüsusi bir link ilə göndərilir.

Servis: Xidmət olaraq verilə bilən hər növ servis məhsulu. Eticaret.az üzərindən xidmət olaraq təqdim etdiyiniz servisləri də sata bilərsiniz.

Niyə Eticaret.az?

Eticaret.az portalı, istifadəçilərinə xidmətlərini, rəqəmsal və ya daşına bilən məhsullarını, müştərilərinə çatdırmaq üçün əvəzsiz bir rahatlıq və təcrübə ilə təmin edir.

Eticaret.az ilə istifadəçilər özəlləşdirilmiş alış-veriş düymələri və qoşmaları, ödəniş səhifələri və əlaqə mesajları hazırlaya bilirlər.

Eticaret.az istifadəçilərin e-ticarətdə iştirakını sürətləndirən və asanlaşdıran bir xidmət növüdür.