Əsrin oğurluğu: 3 mindən çox iPad mini oğurlanıb

Nyu-Yorkda 1,5 milyon dollar dəyərində (3,6 min ədəd) iPad mini planşetləri oğurlanıb. Ağıllı oğrular yük maşınını birbaşa hava limanına sürüblər və orada rahatlıqla planlarını həyata keçiriblər. Bu haqda gündəlik nəşr olunan New York Post-da xəbər verilib. Xatırladaq ki, iPad mini satışları noyabrın 2-dən 34 ölkədə olmaqla satışa çıxarılıb.

iPad mini planşet partiyası Con Kennedi adına hava limanına Çindən gətirilir və orada yığıldıqdan sonra ABŞ bazarında satışa buraxılır. Hal-hazırda oğruların kimliyi hələ ki, müəyyənləşdirilməyib. Polis hava limanı əməkdaşlarından şübhələnir. Bəziləri artıq yalan detekroru ilə sorğu-suala çəkilib.

Bu xoşagəlməz hadisə ilə əlaqədar olaraq Apple internet mağazası vasitəsi ilə iPad mini sifariş verən müştərilərin bir çoxu yeni partiya gələnə kimi gözləməli olacaqlar.