Erik Şmit öz Google hissə sənədlərini satır

Bir neçə il öncə Google şirkətində CEO postunu tutmuş Erik Şmit, öz idarəçiliyi dövründə əslində şirkət üçün o qədər də böyük işlər görməyib. Şirkətdə onun əsas vəzifəsi diplomatik və işgüzar danışıqlarda şirkəti təmsil etmək idi, amma onun idarəçiliyi elə də uzun sürmədi və 2011-ci ildə öz postunu Google-un yaradıcılarından olan Larri Peycə verdi. İndi isə məlumatlar gəlir ki, Şmit 3,2 milyon A sinfinə aid şəxsi Google hissə sənədlərini satmağa hazırlaşır.

Bu aksiyaların satışı, onun şirkətdəki təsirini 42 faiz azaldacaq. Hal hazırda bu paket Google’un bütün aksiyalarının 2,3 faizi qədərində qiymətləndirilir və ona şirkətdə 8,2 faiz səs hüququ verir. Bu hissələr 2,5 milyard dollar olaraq qiymətləndirilir. Erik Şmit bu hissələri bir il boyunca satmağa hazırlaşır.

Əslində bu addım qəribə və ya təəccüblü olmamalıdır, çünki hələ keçən il Şmit 2,4 milyon aksiyasını satmaq planlarını açıqlamışdı.