Ən yaxşı Web brauzer hansıdır?

Web brauzerlər arasında güclü rəqabət oluğu  məlumdur. Bəs ən yaxşı və ən sürətli brauzerin hansı olduğunu bilirikmi?

Ən çox işlədilən 5 brauzer ile etdiyimiz testlə bunu qisaca izah etmək mümkündür. Internet Explorer 10 PeaceKeeper testini “HTML videos encoded with the H264-4 AVC Codec” olmadığı üçün bitirə bilmədi. Hər test üçün kompüter  tekrar açılaraq daha stabil bir test nöqtəsi yaradılmışdır.

Testin aparıldığı PC-nin xüsusiyyətləri:

Prosessor : i5 – 3330 (3,0 GHZ)
Ekran Kartı: Asus GTX-650
Ram: Kingston 8 GB 4×2 1600 Mhz
HDD: Western Digital 500 GB 32 MB cache
Ekran: 1920×1080

Nəticələr :

 

Web Brauzer SunSpider JavaScript Benchmark 0.9.1

(aşağı xal daha yaxşıdır)

BrowserMark 2.0

(yüksək xal daha yaxşıdır

PeaceKeeper

(yüksək xal daha yaxşıdır)

Internet Explorer 10 108 3916 —-
Opera 12.14 204 342 3599
Yandex 1.5.1105.412 169 5248 3878
Mozilla FireFox 19.0.2 180 4343 2426
Chrome 25.0.1364.172m 158 5681 4685

Testin nəticələrinə görə ən zəif brauzer Opera oldu. SunSpider testindən ən yaxşı nəticə göstərməsinə baxmayaraq, İnternet Explorer 10 bu testə görə ikinci ən zəif brauzer oldu. Ilk yarandığı vaxtlarda milyonlarla yüklənmə ilə İnternet Explorer-ə rəqib olaraq görülən FireFox isə üçüncüdür. Müəyyən vaxt ərzindəki yeniləmələrlə daha da sürətlənməsi gözlənilsə də, təəssüf ki, gözlənilən olmadı.

Ən sürətli ikinci brauzer rus baxış proqramı Yandex oldu. Yandex Google kimi strategiyanı mənimsəyib və demək olar ki, ən yaxşısını edir. Firma yaxın gələcəkdə mobil sektor üçün də əməliyyat sistemi yaratmağı düşünür.

Illər keçdikcə hər yeniləmə ilə daha da yüksələn Google mobil platformada ən sürətli ola bilməsə də PC-də təbii ki, ən sürətlisidir. Bütün brauzerlərdən təxminən 25% daha sürətli olan Chrome hazırda istifadə edə biləcəyimiz ən yaxşı brauzer olaraq testdən ”üzüağ” çıxmağı bacardı.

Bütün testlərdə rəqiblərini geridə qoyan Chrome xüsusilə də HTML 5-də çox irəlidədir. Tezliklə HTML vasitəsilə Crysis kimi oyunları da oynaya biləcəyimizi nəzərə alsaq, görərik ki, Google Chrome bizə vəd ediləndən daha çoxunu verir.