Ən Yaxşı Pulsuz Proqramlar

Bu siyahı sadəcə bizim seçdiyimiz və məsləhət bildiyimiz proqramlardan ibarətdir, amma bununla bitmir. Siz 100-lərlə hətta 1000-lərlə bənzər keyfiyətdə pulsuz proqramlar əldə edə bilərsiniz. Bu sizə təqdim edəcəyimiz son siyahı da deyil. Tezliklə siyahının davamı da gələcək. Seçdiyimiz ən faydalı proqramları təqdim edirik.

AVG Anti-Virus Free 2012

Windows dəstəkli bu pulsuz antivirus proqramı təhlükəli və şübhəli proqramların sistemə daxil olmağına mane olmaqda və onları kompüterinizdən təmizləməkdə çox məharətlidir. Proqramı pulsuz olaraq yükləyə bilərsiniz.

Audacity

Windows, Mac və Linux dəstəkli bu proqramın köməyi ilə siz səs fayllarını dəyişdirə, kəsə, azalda və çoxalda bilərsiniz. Proqram faylları bir çox məşhur formatda saxlamağa imkan verir. Proqramı pulsuz yükləyə bilərsiniz.

Dropbox

Windows, Mac, Linux, Web və mobil versiyaları mövcud olan bu proqram bütün sənəd və fayllarınızı sinxronizasiya eləmək üçün ən sadə və mükəmməl yoldur. Daxil olduğunuz hesabınızla kompüterinizdəki, yaxud hər hansı cihazdakı sənədləri sinxronizasiya elədiyiniz andan etibarən istədiyiniz yerdən hesabınıza daxil olaraq həmin faylları əldə edə bilirsiniz. Proqramı pulsuz yükləyə bilərsiniz.

Google Chrome

Ən son versiya Google Chrome internet brauzeri ən sürətli brauzer sayılır. Tətbiqetmələri, təhlükəsizliyi, flash və digər imkanlarını nəzərə aldıqda ən yüksək qiyməti məhz Chrome alır. Mühəndislər və “developer”lər tərəfindən ən çox tövsiyə olunan bu proqramın Windows, Mac, Linux və Portable versiyaları mövcuddur. Pulsuz yükləyə bilərsiniz.

Disk Space Fan

Proqramın sadəcə Windows versiyası mövcud olmağına baxmayaraq yaddaşı effektiv istifadə etmk istəyənlər üçün çox faydalıdır. Proqramın köməyilə siz rəngli və diaqramlı hesabatlara baxa bilərsiniz. Bunun sayəsində asanlıqla nəyin daha çox sahə zəbt etdiyini, nəyi silmək və nəyi saxlamaq lazımdır qərarını verə bilərsiniz. Pulsuz yükləyə bilərsiniz.

Facebook Messenger

Azərbaycanda kifayət qədər Facebook istifadəçisi var. Facebookun onlayn söhbət funksiyasını müstəqil proqram kimi istifadə etmək işləri asanlaşdıra bilər. Windows və Mobil versiyaları olan bu proqramı pulsuz yükləyə bilərsiniz.

IBM Lotus Symphony

Ofis proqramları üçün ən yaxşı alternativlər sırasında liderliyini qoruyan Lotus Symphony sizin işlərinizi asanlıqla həll edəcək. Yazı (word), təqdimat (presentation) və cədvəl (spreadsheet) modulları olan bu proqramı pulsuz yükləyə bilərsiniz. Proqramın Windows, Mac və Linux versiyaları mövcuddur.

Bəs sizin bildiyiniz yaxud istifadə etdiyiniz çox faydalı proqram hansıdır?