Ən yaxşı kamera Galaxy S7 Edge-indi!

Samsung fevral ayında təqdim etdiyi Galaxy S7 Edge bir çox xüsusiyyətləri və detallarıyla istifadəçilərin diqqətini çəkir.

Mart ayının əvvəllərində satışa çıxarılan Galaxy S7 Edge, yeni kamera moduluyla mağazalardakı yerini alıb.

Galaxy S7 Edge 12 MP-lik OIS dəstəkli və Britcel texnologiyasından istifadə edən yeni arxa kamera, eyni zamanda Dual Pixel texnologiyasının köməyilə dörd qat daha sürətli bir fokuslama xüsusiyyətini istifadəçilərə təklif edir.

DxOMark agentliyi Galaxy S7 Edge kamerasını sınaqdan keçirib və ən yaxşı kameraya sahib telefon kimi məhz S7 Edge-i seçib. Ümumilikdə 88 xal toplayaraq birinci sırada qərarlaşan Edge-dən sonra ikinci pillədə Galaxy Note 5 yer alıb.

Üçüncü pillədə Xperia Z5, dördüncü sırada isə iPhone 6S-in kamerasıdı.