Ən populyar Android hansıdır?

Google şirkəti Android mobil əməliyyat sisteminin müxtəlif versiyalarından istifadəyə dair statistikanı paylaşmağa davam edir.

 

İyun ayı üzrə nəzərəçarpacaq hadisə o olub ki, Jelly Bean versiyası ilk dəfə olaraq populyarlığa görə Android 2.3 Gingerbread platformasını ötməyə müvəffəq olub. ƏS-nin digər versiyaları paylarını itirməyə davam edirlər.

ICTnews  bildirir ki, statistikaya əsasən, mobil qurğuların 37.9%-i Jelly Bean versiyası əsasında işləyir. Bir ay ərzində Android 4.2-nin payı 1.6% artaraq 5,6% olub. Android 4.1-in payı 3,3% artaraq 32,3% olub.

Gingerbread versiyasının aktivində bazarın 34,1%-i var. Bu da ötən ayla müqayisədə 2.4% azdır. Android 2.2-nin payı dəyişməz (3,1%) qalıb.