Aprel ayında ən çox yüklənən tətbiqetmələr

Araşdırmalara əsasən, kompüter, telefon və s. kimi cihazlar vasitəsilə yüklənən tətbiqetmələr daha çox oyunlarla bağlıdır. Və ən çox yüklənən tətbiqetmə siyahısını Sizə təqdim etməyi qərara aldıq:
İlk sırada Facebook sosial şəbəkəsiz durur. Belə ki, təkcə aprel ayında 1.11 milyard insan Facebook saytından istifadə etmişdir.
İkinsi sırada Crazy Climber adlı oyundur, bu oyun 1980-ci ildə yaradılsa da, oyun həvəskarları hələ də bu oyunu böyük maraqla oynayırlar.
Üçüncü sırada Facebook Messenger tətbiqetməsidir. Facebookun yeni tətbiqetməsi olan Facebook Messenger asan mesajlaşmaq üçün olduqca əlverişlidir, artıq istifadəçilər facebookun öz saytına girmədən Facebook Messenger tətbiqetməsini yükləyərək istədikləri şəxslərlə ünsiyyət qura bilərlər.
Növbəti sıradalarda Subway Surfers, Okey, Naked Scaner adlı oyunlardır. Bu oyunlar 15-20 yaşlı istifadəçilər tərəfindən daha çox oynanılır. Təkcə Subway Surfers oyununu 150 milyon insan oynamışdır.
Yeddinci sırada Gmail saytıdır ki, 425 milyon aktiv istifadəçisi vardır.
Növbəti sırada Google+dur. Hazırda Google+ saytının 343 milyon aktiv istifadəçisi var.
Doqquzuncu sırada 280 milyon istifadəçi sayı ilə Skype-dır.
Sonuncu sırada isə hazırda çox yayılmış sosial şəbəkələrdən biri olan İnstagramdır. İnstagramın hazırda 100 milyon istifadəçisi və 4 milyard şəkil paylaşılmışdır.
Bütün bunlar əlbəttə ki, bütün tətbiqetmə və saytları əhatə etmir, biz Sizə sadəcə aprel ayı üçün olan qısa xülasəni təqdim etdik.