Mobil bazar tarixində ən çox satılan telefonlar

Mobil telefon bazarın mövcudluğu dövründə hansı telefon ən çox satılan olub? Çox istifadəçi böyük ehtimal dərhal iPhone smartfonu deyəcək. Amma biz Apple şirkətinin təqdimatında deyilik ki, Fil Şillerin dilindən çıxan hər şeyə inanaq. Düzdür qeyd etmək lazımdır ki, o ilk beşliyə düşə bilib və bazarda mövcudluğu dövründə 100 milyondan ədəddən çox satılıb.

Nokia-3210-horz

Statistikaya görə mobil bazarın mövcudluğu dövründə ən çox satılan telefon 2003-cü ildə buraxılmıış Nokia 1100 olub. Bu telefonda müxtəlif şirkətlərin istehsalı olan smartfonların təqdim etdiyi imkanların olmamasına baxmayaraq, Nokia 1100 telefonunun ümumi satış rəqəmi 250 milyonu keçmişdir. Maraqlıdır ki, 2-ci və 3-cü yerləri də Fin istehsalı olan telefonlar tutub – Nokia 3210 və 3310. Müvafiq olaraq 4-cü yerdə iPhone, 5 liyi isə 2009-cu ildə çox məşhur olan Motorola RAZR tamamlayır.