Ən çox satılan Android smartfonlar

Strategy Analytics, 2016-nın ilk yarısında ən çox satılan Android telefonların siyahısını açıqladı. Siyahıya Samsung öz damğasını vurdu.

Siyahının əvvəlində 13,3 milyon ədəd satılan Galaxy S7 Edge modeli yer alır. Qövs formasında ekran və 12 meqapiksel Dual piksel texnologiyasına sahib yeni nəsil kamerasıyla diqqət çəkən Galaxy S7 Edge, əldə etdiyi satışlar etibarilə Samsung-un gəlirlərini də əhəmiyyətli ölçüdə artırmışdı.

Siyahının ikinci sırasında isə yenə bir Samsung smartfonu yer alır. Cənubi Koreya Galaxy J2-ni ilin ilk yarısında 13 milyon ədəd satmağı bacardı.

Galaxy S7 isə 11,8 milyon ədəd satılaraq ən çox satan Android telefonlar siyahısının üçüncü yerində qərarlaşdı. Beləcə Galaxy S7 ailəsi 25,1 milyon ədəd satılaraq rekord qırmağı bacardı. Siyahının dördüncü yerində Galaxy J5, beşinci yerində isə Galaxy J3 modelləri gəlir.

Hesabata əsasən iPhone satışlarında keçən ilin eyni dövrünə görə azalma olduğu görülür. Apple, 2015-ci ilə ilk yarısında 108,7 milyon iPhone satarkən, bu rəqəm 2016-nın ilk yarısında 91,6 milyona düşüb. İlk yarının ən məşhur telefonları isə iPhone 6s, iPhone 6 və Galaxy S7 edge modelləri oldu.