Elektronik Qolbağı Tibb İşçilərini Yoxlayır

İsraildə yerləşən Hyginex şirkəti yeni elektronik qolbağı ixtira edib. Bu yeni elektronik cihazın əsas məqsədi tibb işçilərinin gigiyenaya riayət etmələrini təmin etməkdir. Maye sabun dispenseri ilə birlikdə işləyən qolbağı tibb işçisinin əllərini lazımi şəkildə yuyub-yumadığını yoxlayır. Eyni zamanda iki xəstə arasında əllərini yumayan tibb işçisini xəbərdar etmək üçün qolbağının üzərindəki qırmızı LED işıq yanır.

Bu müasir texnologiya simsiz əlaqə ilə işləyir və bütün statistikaları xəstəxananın menecer və idarəçilərinə göndərir. Beləliklə xəstəxanada gigiyenanın hansı səviyyədə olduğunu müəyyənləşdirən menecerlər tədbir görürlər.

Bildiyiniz kimi insanın əlləri ən çox infeksiyaya səbəb olan bədən üzvlərindən biridir. Amerikadakı CDC statistikalarına əsasən zəif gigiyena hər il 90 min ölümə və 30 milyard dollardan çox xərcə səbəb olur. Ümid edilir ki, bu yeni cihaz həm həyatları xilas etməkdə, həm də xərclərin azaldılmasında yeni üfüq açacaq.

Sizcə Azərbaycanda belə cihazlar nə dərəcə lazımdır?