“Elektron hökumət” portalına daha bir elektron xidmət əlavə edildi

Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

 

Xidmət  dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların ailə, kəndli və ev təsərrüfatları tərəfindən dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsini əhatə edir.

 

Elektron xidmətin göstərilməsi nəticəsində həmçinin, fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən də statistik hesabatlar statistika orqanlarına elektron qaydada təqdim ediləcək.

 

Qeyd edək ki, interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.

mənbə : http://www.mincom.gov.az