“Elektron hökumət” portalı yenilənib

“Elektron hökumət” portalı – www.e-gov.az – tam yeni tərtibatda və yeni dizaynda fəaliyyətə başlayıb. Yeni funksiyalarla zənginləşdirilən portalın əsas menyusuna “Elektron hökumət”, “Yenliklər”, “Reyestr və aktlar”, “Elektron imza”, “Sənədlər” və “Əlaqə” kimi bölmələr daxildir.

 

Resursun səhifələrində qeydiyyatdan keçmək, dövlət qurumlarının elektron xidmətləri ilə tanış olmaq, elektron imzanın alınması üçün müraciət etmək, statistik məlumatları və digər faydalı informasiyanı öyrənmək mümkündür.

 

Qeyd edək ki, “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan layihədir.

mənbə : http://mincom.gov.az