Əl ilə sürülən velosiped: TwiCycle

  • 1/5
  • 2/5
  • 3/5
  • 4/5
  • 5/5

İndiyədək bir çox velosiped modeli görmüşük. Ancaq hazırda prototip mərhələsində olan TwiCycle adlanan velosiped  indiyədək təqdim olunan bütün velosipedlərdən fərqlənir.

Belə ki, TwiCycle-da iki müstəqil pedal və çarx mexanizmasının şahidi oluruq.

Ön təkərə quraşdırılan zəncir mexanizması əllə çevrilərək işləyir. Velosiped sürücüləri bu mexanizmadan rahat şəkildə istifadə üçün yastıq sükan da taxa bilirlər.

Bununlada TwiCycle-ı həm əl, həm də ayaqla sürmək mümkün olur.

Videonu izlədiyiniz zaman velosipedin necə işlədiyini daha rahat başa düşə biləcəksiniz: