Ekranı parçalanan iPhone-lar tarix olacaq

Apple şirkəti ekranı çatlayan iPhone-ların tarixdə qalacağını bildirib. ABŞ-ın elektronika nəhəngi analoqu olmayan qoruyucu mexanizm üçün ABŞ-ın standartlaşdırma və patent üzrə dövlət komitəsinə müraciət edib. Mexanizm iPhone-nu yerə salarkən ekranının çatlaması qorxusu ilə üzləşən istifadəçilərə bu qorxunun ardan qaldırılmasında köməklik edəcək.
Apple hər hansı bir cihazın ağırlıq mərkəzini diqqətli bir şəkildə idarə edə bilən qoruyucu mexanizm üzərində işləyir. Gizmag saytının verdiyi məlumata görə qoruyucu mexanizm hava löhvələri və xəbəredici mexanizmdən ibarət olacaq. Mexanizm telefonun düşdüyünü xəbər edən qəbul edici vasitəsiylə işləməyə başlayır. Qəbuledici telefonun təxmini zədələnmə nöqtələrini müəyyən edərək düşmə anında həmin nöqtələin zədələnməməsi üçün hərəkətə keçir.
Mexanizm bütün cihazlarda tətbiq edilə biləcək. Lakin iPhone-nin bu mexanizmini test etmək istəyən istifadəçilər unutmamalıdırlar ki, bu mexanizm ani düşmə zamanı ekranın qorunması üçün proqramlaşdırılıb.