Ehtiyatlar tükəndi

BlackBerry Z10 modeliylə əldə etdiyi müvəffəqiyyətdən sonra klaviaturalı ağıllı telefonu Q10 ilə də satış rekordları qırmaq niyyətindədir. Kanadalı şirkətin CEO-su Thorsten Heins “Q10”-nun on milyondan çox satılmasını gözlədiklərini bildirdi. BlackBerry Yanvar ayında təqdim etdiyi Z10 və Q10 modelləri ilə ağıllı telefon bazarında yenidən güc qazanır. Şimali Amerika, İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iki ay ərzində 1 milyon satılan, ayrıca 1 milyon ədəd də xüsusi sifariş edilən Z10-dan sonra, Q10-dan da bənzər müvəffəqiyyət gözlənilir.

Blackberry CEO-su Thorsten Heins şirkətin ağıllı telefon dizaynının təməlində yatan QWERTY klaviaturalı telefonu təmsil edən Q10-nun İngiltərədə satışa təqdim edildiyi gün etdiyi verdiyi açıqlamada, “hədəflərinin on milyonlarla Q10 satmaq olduğunu” söylədi.
Apple Insider saytının xəbərinə görə, İngiltərədə Q10-nun ilkin sifarişləri artarkən, ilk ehtiyatların da tükəndiyi bildirildi. Q10-nun müvəffəqiyyətlə bazara təqdim edilməsi, New York birjasında BlackBerry hissələri 3.9% artdı.

Heind, Bloomberg-ə verdiyi müsahibədə, İngiltərədəki ilk rəqəmlər çox yaxşı olduğunu, Q10, BlackBerryinin klaviaturalı modellərindən istifadə edənlərin 70 milyon olacağını, və satış rəqəminin on milyonlara çatmasını gözlədiklərini bildirdi. BlackBerry Z10 Mart ayının sonundan etibarən ABŞ və dünyanın bir çox ölkəsində satışa təqdim edildi.