E-poçtlara cavab gözləməkdən bezmisiniz?

İş dünyasının əvəzolunmaz ünsiyyət vasitəsi halına gələn e-mail vasitəsi ilə xəbərləşmə internet istifadəçilərini bəzen bezdirir.

İndiki vaxtda bir çox istifadəçi göndərdikləri e-poçtlara çox gec cavab verilməsindən şikayət edir. Contactually proqram təminatı şirkətinin etdiyi araşdırmaya görə mənfi məzmunlu e-poçt, müsbət məzmunlu e-poçtlara görə daha sürətli cavab alır.

E-poçtu oxuyanlar, mənfi sözlər ehtiva edən maillərə daha sürətli cavab verməyə meyl göstərirlər. Bundan başqa, pessimist insanlar da oxuduqları e-poçtlara daha tez cavab verir. Eyni şirkətdə işləyən istifadəçilər üzərində edilən araşdırmada, müsbət ruh halına sahib insanların yalnız 47%-i gələn poçtlara 24 saat içində cavab verərkən, ruh halı pessimist olanlarda 64% olaraq təyin olundu. Şirkətin texnologiya müdiri Jeff Carbonella, insanların müsbət ruh hallarının gələn poçtları cavab sürətiylə tərs mütənasib olmasının çox qəribə olduğunu qeyd edərkən, bunun səbəbini tam olaraq bilmədiklərini ifadə etdi. Carbonella “Bəlkə də mənfi mədəniyyət, internetdə daha güclüdür.” dedi.