The Rock & Siri filminin treyleri

Dwayne Johnson və Siri yeni filmdə çəkilir

Müasir texnologiyalar o qədər inkişaf edib və həyatımızın bir hissəsinə çevrilib ki, artıq film mövzusu da olmaqda gecikmirlər. Apple şirkətinin səsli assistent tətbiqi olan Siri yeni filmin baş rollarından birini ifa edir. Məşhur Hollywood ulduzu “The Rock” təxəllüslü Dwayne Johnson bu dəfə özünü kamera qarşısında Siri ilə sınamaq qərarına gəlib. Belə ki, Apple şirkəti və Johnson əməkdaşlığı nəticəsində ərsəyə gətirilən film The Rock x Siri: Dominate The Day adlanır və rəsmi treylerini təqdim edirik: