“Düz” bir iOS 7-ə hazır olun

iOS 7 haqqında ən maraqlı iddia gəldi: “Yeni iOS əvvəlkilərə görə çox düz olacaq”

Apple-in növbəti aylarda San Franciskoda təşkil ediləcək WWDC 2013 (Worldwide Developers Conference) tədbirində təqdim ediləcək olan iOS 7-nin necə bir dizayna malik olması ilə əlaqədar ziddiyyətli iddialar meydana çıxmağa davam edir. İlk öncə, Apple rəsmilərindən verildiyi iddia edilən xəbərlərdə yeni dizaynda çox da kəskin dəyişiklik edilməyəcəyi deyilmişdi. Lakin 9to5Mac saytı, iOS 7-ni görənlər üçün paylaşdığı şəkildə, yeni interfeysi, Windows Phone 8 əməliyyat sistemində olduğu kimi “düz və sadə” olacağını iddia edir. Buna görə, arada olan lazımsız toxumalar aradan qaldırılacaq, daha sadə bir dizayn mənimsəniləcək.

Bu yaxınlarda Apple iOS qrupunun rəhbərliyinə gələn və iPhone, iPad və iPod dizaynlarından tanıdığımız Jonathan Ive-ın sadəliyi seçim etdiyini və bu seçimini öz dizaynına da əks etdirdiyini nəzərə alsaq, bu iddiaların doğru olma ehtimalının yüksək olduğunu söyləyə bilərik.