Dünyanın ilk gəmi tuneli

Norveçin qərb sahilindəki Stad yarımadasının altından tunel keçirilməsi üçün işlər görülür.
Norveç hökuməti yarımadanın altından keçiriləcək nəqliyyat məqsədli tunelin faydalarını ictimaiyyətə izah etməyə çalışır. Stad Yarımadası təbii qaz və neftdən sonra ölkənin ən böyük iqtisadi fəaliyyət sahəsi olan dəniz nəqliyyatının sıx olduğu bir yerdir.
Humborstad dünyadakı nəqliyyat məqsədli bu ilk gəmi tunelinin daha etibarlı olacağını söyləyir. Norveçin bu seqmenti dənizin dalğalı və təhlükəli olduğu bir bölgədir. 2-ci Dünya Müharibəsindən sonra təxminən 46 dəniz qəzasında 33 nəfər həyatını itirdi, 2004-ci ildə də 160 adamı daşıyan bir sərnişin gəmisi batma təhlükəsi keçirdi. Norveçin bu iddialı layihəsinin başqa bir ölkədə təkrar edildiyini görmək üçün çox bir müddət gözləmək lazım ola bilər.
“Parlamentin təsdiqi lazımdır”
Layihə əslində mühəndislik texnikası baxımından bir yenilik gətirmir. Stad yarımadasının qızılın qazılması, torpağın və qaya parçalarının azad edilərək tunelin açılması və etibarlı bir şəkildə suyla doldurulması nəzərdə tutulur.Hökumət layihəni həyata keçirmək istədiyini açıqladı, ancaq parlamentin da təsdiqini almaq lazım olacaq. Səlahiyyətlilər 193 milyon sterlinqə baş tutması gözlənilən gəmi tunelinin lazımlı olduğunu söyləyir amma, Norveç Elm və Texnologiya Universitetindən Professor Knut Samsetə görə, layihə iqtisadi olaraq məhsuldar olmayacaq.