Dünyanın ən sürətli elektrikli yarış maşını

 

Texnologiyanın gündən-günə inkişaf etməsi ilə elektrikli nəqliyyat vasitələrinin istehsalı da artır. Müxtəlif firmalar ən yaxşı elekrikli avtomobili istehsal etmək üçün yarışırlar. Nissan firması Fransada təşkil edilən 24 saat Le Mans yarışlarına gələn il elektrikli yarış maşını ZEOD RC ilə qatılacaq.

Şirkət ZEOD RC modelində eynilə Leaf modelində istifadə olunan batareya texnologiyasından yararlanıb. Zero Emission On Demand Racing Car kimi açılışı olan bu maşın 300 km/saat-dan daha çox sürət pul yığa bilər. İstehsalında litium batereyasından istifadə olunan maşında e-drivetrain texnologiyasından yararlanılıb.