Dünyanın ən sürətli adamının şərəfinə telefona ad verildi

Uzun müddət insanlar arasında davam edən söhbətlərdən sonra HTC Bolt telefonu işıq üzü görüb. Rəsmi promo materiallara əsasən məlum olub ki bu telefonu 11 qat dünya çempionu Usain Boltun şərəfinə adlandırıblar. İstehsalçılar tərəfindən kifayət qədər qəribə seçim olsa da bu telefon heç də dünyada ən sürətli telefon deyil.

HTC Bolt smartfonuna ən yeni Snapdragon 821 prosessoru, o cümlədən 4 GB operativ yaddaş qoyulması gözlənlirdi. Buna baxmayaraq istehsalçılar mobil telefona yanmağa meyilli olan Snapdragon 810 prosessoru və 3 GB operativ yaddaş yerləşdirməyi qərara alıblar.

Təəssüflər olsun ki HTC Bolt ABŞ-ın Sprint adlı mobil operatoru üçün ekskluziv olaraq buraxılıb. Buna baxmayaraq bu telefonun HTC 10 Evo adında bütün dünya üzrə satışına başlanması gözlənilir