Finder- Dünyanın ən incə telefonu

Dünyanın ən incə telefonu Çin istehsalıdır.

Surətləri ilə məşhur olan Çin ,  Apple-ın, Samsung-un məhsullarını  təqlid edə-edə özünü inkişaf etdirdi və öz modellərini çıxarmağa başladı.

İlk olaraq kopya modellərlə adını eşitdirən Çin, zamanla nəhəng şirkətlərdən əldə etdiyi məlumatlarla öz-özünü inkişaf etdirdi. İndi də Çin, saxta bir məhsulla deyil bu gün “Oppo” adlı telefon markasıyla adından söz etdirib.

Oppo-nun “Finder” modeli 6,65 mm incəliyi ilə dünyanın ən incə telefonu oldu.

Bu ünvana sahib daha əvvəl yenə ən incə telefon modeli istehsal edərək bir Çinli firma olmuşdu. Dünyanın ən incə telefonu ünvanı, “Huawei”nin 6.68mm incəliyində olan Ascend P1 S modelinə aid idi.

Dünyanın ən incə telefonu, incə olması ilə bərabər başqa xüsusiyyətlər də daşıyır.

Xüsusiyyətləri isə, 1,5 GHz-lik cüt nüvəli prosessor, 1GB RAM, 16GB yaddaş, 4,3 düymlük AMOLED Plus ekrana sahib olmasıdır. Həm də, 8 Megapiksellik arxa kamerası ilə 1080p video çəkə bilir və öndəki kamerası isə 1,3 mp və 720 p video çəkmə xüsusiyyətinə sahibdir.

Finder telefonu  bazara 632 dollardan satışa çıxarılıb.