Dünyanın ən depressiv 8 oyunu

The Orgeon Trail

Dos və Apple II oyunu kimi meydana çıxan The Orgeon Trail oyunu 19-cu əsrdə Qədim Qərbdəki həyatı uşaqlara başa salmaq məqsədilə hazırlanmışdır. Oyunda qızılca, dizenteriya, yatalaq, vəba və yorğunluqdan ölmək ehtimalı yüksəkdir.

Heavy Rain

Bu oyunun ilk saatlarında öz qızını avtomobil qəzasında itirən ana obrazı sonradan digər uşaqlarını qaçıran dəli bir adamla mübarizə aparmaq məcburiyyətində qalan bir obrazdır. Bu oyunu mütəmadi oynayan insanlarda güclü stresə səbəb olur.

Fallout 3

Mükəmməl bir oyun olan Fallout 3 Vaşinqtonu nüvə silahları nəticəsində yaranmış zibillik olaraq canlandırır. Kömürləşmiş cəsədlərdən yanmış bir ortamda özünü təsəvvür etmək olduqca pis təəssurat yaradır və insanlarda bədbinliyin yaranmasına səbəb olur.

The Walking Dead

The Walking Dead oyununda sizin işiniz sadəcə silahınızı zombilərə tuşlayıb onları öldürməkdən ibarət deyil, tez-tez psixoloji vəziyyətlərə düşərək mühüm qərarlar verməyiniz də lazımdır və oyun o qədər canlı təəssurat yaradır ki, bu qərarları həyati vacib qərarlar kimi qəbul edirsiniz.

Half Life 2

Bu oyunu oynayan bir çox oyunçu Half Life 2-də yadplanetliləri parçalama səhnəsini oyunun ən qəddar və tükürpədici səhnəsi kimi qəbul edirlər.

Prey

Oyunda yadplanetlilərin insanlara qarşı etdikləri amansız sahnələr sizi depressiyaya aparacaq qədər sərtdir.

Kane And Lynch 2: Dog Days

Siyahımızın ən təsiredici oyunlarından biri Kane And Lynch 2: Dog Days Oyunudur. Oyun insanlara pis təsir göstərən, lazımsız şiddət və zorakı səhnələrlə doludur.

I have No Mouth And I Must Scream

Siyahımızın ən depressiv oyunu adından da bəlli olduğu kimi I have No Mouth And I Must Scream oyunudur. 90-cı illərin əvvəlindən oynanılan bu oyunda soyqırım, işgəncə, təcavüz və insanlığın məhv edilməsi kimi hər cür vəhşi səhnələrlə doludur.