Dünyada “ən sürətli” sərt disk istehsal edildi

SSD erasının gəlişi ilə əlaqədar sərt disklər unudulmağa başlanıb. Bununla belə, “Seagate Technology” şirkəti dünən yeni korporativ sərt diskini istehsal edib. Şirkətin məlumatına əsasən, yenilik diskin çox sürətli olmasıdır.

Yenilik istifadəçinin ehtiyaclarını təmin etmək üçün bir sıra firma texnologiyaları, həmçinin ən zəruri məlumatların keşlənməsi üçün daxili SSD-modul təklif etdiyi bildirilir.

Yeni sərt diskdə fırlanma sürəti 15000 dövr/dəq. olan 600 qiqabaytlıq disk, həmçinin məlumatların keşlənməsi üçün 32 QB-lıq SSD-yığıcı istifadə edilir. Disk 3,5 düymlük korpusda hazırlanıb ki, bu da müasir server həlləri üçün qeyri-tipikdir.

Yeni sərt diskin həm fərdi server, həm də verilənlərin saxlanılması sistemlərində istifadə edilməsi mümkündür.