Dünyada 750 milyon Android istifadəçisi var

Mobil dünyanın ən məşhur istifadə edilən əməliyyat sistemi olan Androidin qlobal sahədə cihaz sayı 750 milyona çatdı. Google ağıllı telefon sektorundakı  payını70%-ə çatdıran Android əməliyyat sisteminin  mobil cihaz sayının  750 milyona çatdığını açıqlayıb.

Google-un CEO-su Larry Page, dünən etdiyi şərhlərdə Android vahidinin başında iştirak edən Andy Rubinə vəzifəsindən ayrılacağını eşitdirərkən, əməliyyat sisteminin xidmətə başladığı gündən bu yana 750 milyon istifadəçi tərəfindən aktiv edildiyini ifadə etdi.

Larry  Page, Google bloqda qeyd edir: “Yenilikdə göstərdiyimiz  sürət  heç bu qədər  yaxşı olmamışdı. Android, dünyada ən çox istifadə edilən mobil əməliyyat sistemidir. Dünya daxilində 60 istehsalçı ilə  ortaqlığımızın  nəticəsində 750 milyondan çox Android əsaslı cihaz var. Google Play-dən endirilən tətbiq sayı isə 25 milyardı keçdi. Əlbəttəki  bu  göstərici  10 illik bir iş üçün çox təsir edici bir irəliləmədir. ”

2012-ci ilin üçüncü rübündə satılan ağıllı telefonların 75%-ni təşkil edən Android, 2012-ci ildə  Apple şirkətini xeyli geridə qoydu.