Dünya iqtisadiyyatına 650 milyard dollarlıq zərbə

Kibercinayətkarlıq 2016-cı ilin sonunadək dünya iqtisadiyyatına təxminən 650 milyard dollar məbləğində ziyan vuracaq. Ekspertlərin fikrincə, bu rəqəm 2020-ci ilədək 1 trilyon dolları ötə bilər. Bu fikirləri oktyabrın 6-8-də keçirilən “360° informasiya təhlükəsizliyi” konfransında iştirak edən ekspertlərdən biri səsləndirib.

Mütəxəssislərin fikrincə, dünya əhalisinin təxminən 25 faizi həm fərdi, həm korporativ məlumat sızmasından əziyyət çəkəcək. Bu, tənzimləyici tədbirlərin əhəmiyyətli dərəcədə sərtləşməsinə, eləcə də müxtəlif istifadəçi autentifikasiya sistemlərinin yaxşılaşmasına səbəb olacaq.

Mənbə: ictnews.az