Dropbox istifadəçilərinin şifrələri oğurlanıb

Bu həftə Dropbox 2012-ci ildən etibarən şifrəsini dəyişməyən istifadəçilərin şifrələrini yeniləməyə məcbur edir. Bu əsnada Dropbox şifrələrin xakerlər tərəfindən oğurlandığını aşkarlayıb.

Motherboard tərəfindən verilən açıqlama və hesabata əsasən Dropbox 2012-ci ildə xakerlərin hücumuna məruz qalıb və 68 milyon şifrə oğurlanıb.

Məsələ orasındadır ki, sadəcə Dropbox şifrənizi dəyişməklə bu hücumdan yaxa qurtarmağınız zəmanət altında deyil. Əgər siz Dropbox üçün istifadə etdiyiniz şifrəni başqa platformalarda da istifadə edirsinizsə bu böyük riskdir. Bütün hesablarda eyni şifrəni istifadə etmək təhlükəsizlik ekspertləri tərəfindən qəti tövsiyyə olunmur. Əgər siz hesablarınızın təhlükəsizliyindən əmin deyilsinizsə 1Password xidmətindən istifadə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *