“Dilmanc”dan şad xəbər

“Dilmanc”dan şad xəbər

Yeni “Dilmanc” sistemi istifadəyə verilib, sistem Azərbaycan dilində  şifahi nitqi mətnə çevirir.

Aldığımız məlumata görə, mətn sistemin köməyi ilə kompüterə daxil edilərkən klaviaturada yazmaq əvəzinə mikrofona səsləndirmək kifayətdir.

“Dilmanc” nitq tanıma sistemi avtomatik olaraq şifahi nitqi yazılı mətnə çevirir.  Bununla da siz, klaviaturada yığmağa nisbətən bir neçə dəfə sürətli mətn daxil edə bilərsiniz.

Məlumat verək ki, Azərbaycan dilində nitqin tanınmasıyla bağlı sistemin yaradılmasına 2007-ci ildən “Dilmanc” layihsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi ilə başlanılmışdır.  Bu müddətdə Azərbaycan dilinin fonem t ərkibi bir daha tədqiq edilmiş, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası yaradılmışdır. Nitq bazasının yaradılması məqsədi ilə  2500 nəfərdən çox müxtəlif yaş qruplarından insanların səsləri qeydə alınıb. Azərbaycan dilində nitqin tanınması alqoritmləri bu informasiyalardan istifadə etməklə işlənib hazırlanıb. “Dilmanc” nitqin tanınması sistemini pulsuz onlayn servis kimi http://dilmanc.az/asr ünvanında istifadə etmək mümkündür.  Məsləhət görülür ki, proqramı işlədərkən keyfiyyətli mikrofondan istifadə edəsiniz. Bundan başqa, sistem hələlik mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır.. Sistemdən istifadə edənlərin səsi avtomatik olaraq nitq bazasına əlavə edilir, nitq bazasının həcmi artdıqca isə sistemin dəqiqliyi də yüksəlir, belə desək, Sistem istifadə edildikcə keyfiyyətinin yaxşılaşması onun əsas xüsusiyyətlərindən biridir.