“DəmirBank”ın terminalları yeni dizaynda

“DəmirBank” öz “DemirPay” terminallarını müştərilərin istifadəsinə yeni dizaynda təqdim edib. Yeni interfeysdə müştərilər müxtəlif ödənişlərini daha rahat formada həyata keçirə bilərlər.

Fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanı yaradılıb.

Hazırda “DemirPay” terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

“DemirPay” terminalları “DəmirBank”ın paytaxt və bölgə filiallarının daxili ilə yanaşı, çöl hissələrində də yerləşdirilib ki, bu istənilən vaxt qeyd olunmuş xidmətlərin istifadəsini mümkün edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *