Deliveroo yeniləndi!

Onlayn yemək sifarişi və çatdırılma xidməti göstərən startap, rəqabətdə məğlub olmamaq və rəqiblərdən fərqlənmək məqsədilə görünüşünü yeniləyib. Belə ki, Deliveroo artıq həm loqosunu, həm də əməkdaşlarının geyim formasını dəyişib.

deliveroo-uniforma

Deliveroo, İngiltərənin ən sürətli inkişaf edən startap layihələrindən biridir. Ötən il şirkət, 185 milyon dollar gəlir əldə etdiyini bildirmişdi. Bununla yanaşı Deliveroo komandası, 275 milyon dollar investisiya qazanıb və bunun sayəsində yeni bazarlarda fəaliyyətə başlamağı planlaşdırır.

Şirkəti ən çox narahat edən isə bu yaxınlarda Səudiyyə Ərəbistanından 3,5 milyard dollar investisiya cəlb etməyi bacaran UberEAT layihəsinin rəqabətdə onları qabaqlamasıdır.