Da Vinçi 494 il əvvəl Google Glassı kəşf edib

İllinois Universitetinin professoru Dr. Burt Wilde Mashable saytına verdiyi açqlamasında bildirib ki, Leonardo Da Vinçi hələ 494 il bundan əvvəl Google Glassı hazırlayıb.

Yaxınlarda satışa çıxarılması nəzərdə tutulan Google Glassı əslində Leonardo Da Vinçi hələ əsrlər öncə kəşf edibmiş -bunu 29 yaşlı Wilde Da Vinçinin işlərini araşdırarkən bu qənaətə gəldiyini bildirir.

Da Vinçinin hazırladığı eynək müasir Google eynək kimi e-mailləri yoxlamaq, səslə zəng etmək və s. kimi şeyləri bacarmasa da, Da Vinçinin tədqiqatına əsasən o dövr üçün çox şeyə qadir idi. Lakin Da Vinçi bu eynəyin özünü deyil, sadəcə şərti rəsmini çəkə bilmişdi.

Onu da qeyd edək ki, bu rəsm İtaliyanın Milan şəhərindəki Biblioteca Ambrosianasında yerləşir.