Çinli “Umeox”dan 6 inçlik yeni ağıllı mobil telefon

Mobil dünyada bir-biriylə rəqabətə girən şirkətlərin sayı günü-gündən artır. Bunların siyahısına daxil olmağa çalışan daha bir şirkət Çini təmsil edən “Umeox” şirkətidir. Əvvəllər bir neçə telefon modelini təqdim etsədə, bu model məşhur modellərlə (Galaxy S3, iPhone 5 və Sony Xperia Z) rəqabətə davam gətirə bilməmişdi.

Android telefonları zəncirinə hər gün yeni bir model qatılmaqdadır. Çinli “Umeox” firması 6 inçlik yeni ağıllı telefonu təqdim etdi. Adı vəya kod adı hələ bəlli deyil. Telefon Full HD ekrana malikdir. Deyilənlərə görə bu model 6 inçlik Full HD ekranlı ilk telefon hesab olunur. Bundan əlavə son dövrün telefonlarında rast gəlinən Media Tek 4 proqramına da malikdir. Telefonun beynəlxalq bazara yaxın zamanlarda çıxarılması gözlənilir və çoxlarının maraq dairəsində olacağı təxmin edilir.