Chromebook dünya bazarında

Google-un toxunmalı ekranlı noutbuku Chromebook,  ABŞ-dan sonra beynəlxalq bazara da çıxarıldı. Apple Macbook Pro-a rəqib olacağı düşünülən Chromebook martın 19-dan etibarən Avstraliya, Kanada, Fransa,Almaniya, İrlandiya və Hollandiyada satışa çıxarıldı.

Google-un blog səhifəsində etdiyi açıqlamada noutbukun daha çox məktəblərdə və iş mühitində istifadə ediləcəyi gözlənildiyi bildirildi.

Chrome Pixel özəllikləri:

4GB RAM

İntel HD 4000 qrafik

256×1700 ekran

Sürəti 1.8 Ghz

İntel Corei5

Qalınlığı 1.62 sm

Ağırlığı 1.5 kq

32Gb-lıq modelin qiyməti 1299 $, 64GB-lıq modelin qiyməti isə 1449$ olan Chrome Pixel yüksək qiymətinə görə tənqid olunur.