#CES | Dünyanın ən nazik qol saatı

Central Standart Timing şirkəti CES 2013 sərgisi çərçivəsində dünyanın ən nazik saatlarını təqdim edib. CST-01 adını almış bu yeni cihazda E Ink display’i tətbiq edilib. İlk baxışdan saat bilərziyi xatırladır. Onun qalınlığı cəmisi 0.8 millimetrdir.

Bucür kiçik ölşülərə nail olmaq üçün istehsalçı elastik komponentlərin polad təbəqə üzərinə laminasiya edilməsi texnologiyasından istifadə edib. Qidalanma alt sistemində xüsusi 10 dəqiqəyə dola bilən enerji bloku(batareya) yerləşir. Bununla belə, saat batareyası bir dəfə doldurulmaqla bir aya qədər işləyə bilir. Batareya ömrü isə 15 ildir. CST-01 saatlarının qiyməti 129 dollar təşkil edir. Sifarişlərinizi öncədən artıq edə bilərsiniz. Saatların buraxılmasının başlaması üçün Kickstarter səhifəsində Central Standard Timing üçün 200 min dollar vəsait yığılmalıdır.