“CaspiNet”dən Startaplara böyük dəstək!

“CaspiNet” şirkəti bu günlərdə təqdirəlayiq bir addımla yadda qalıb. Belə ki, şirkət gənc Startaplara dəstək məqsədilə “CaspiNet”ə məxsus “Cpanel”lə təhciz olunmuş veb serverdə, 11 Startap layihəsinə hər birinin həcmi 2,5 GB olan hostinq hədiyyə etməyi planlaşdırır.

Şirkətin açıqlamasının davamı belədir:

“Əgər Siz də yeni Startap layihəsinə başlamısınızsa və ya fəaliyyətiniz 18 ayı keçməyibsə, tamamilə pulsuz hostinq xidmətindən yararlanmaq Sizin də haqqınızdır. Bunun üçün info@caspinet.com mail ünvanına layihənin adı, qısa xülasəsi və layihə rəhbəri haqda əlaqə məlumatlarını göndərə bilərsiniz. Son müraciət tarixi 25 avqust 2016-cı ildir. Göndərilən müraciətlərə 1 sentyabr tarixində baxılacaqdır. Seçim 1 turda aparılacaq. 1-ci  mərhələdə göndərilən məlumatlar analiz olunacaq. Qeyd olunan məlumatlar əsasında seçilən 11 layihə rəhbərləri ilə əlaqə saxlanılaraq müqavilə üçün “CaspiNet”in ofisinə dəvət olunacaq. Diqqətiniz üçün təşəkkürlər!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *