Casio smart saatları

Casio, Bluetooth dəstəyinə sahib yeni saatlarını təqdim etdi. GB–6900AA və GB-5600AA deyə adlandırılan saatlar  ilə öz iPhone-unuza gələn zəngləri, e-mail bildirişlərini, iPhone siqnal və titrəşimləri idarə edə bilərsiniz. Başqa bluetoothlu saatlardan fərqli olaraq Casionun bu modelleri daha az enerji sərf edən Bluetoothz 4.0 texnologiyasından istifadə edir və bir batareyadan iki il müddətinə istifadə etmə imkanı verir. Saatın ən maraqlı və faydalı funksiyalarından biri  telefondan 2 metr uzaqlaşdığınızda saatın siqnal və ya vibrasiya verə bilməsidir. Beləcə telefonunuzu təsadüfən getdiyiniz kafe, klub və ya çay evində yaddan çıxarmayacaqsınız. Casio, yeni bluetoothlu modelleri ilk olaraq oktyabr ayında Yaponiyada 230 dollara satışa çıxarmağı fikirləşir.