Call of Duty: Blacks Ops 3 rekord gəlir əldə etdi

Ötən həftənin cümə günü ictimaiyyətə təqdim olunan Call of Duty: Blacks Ops 3-ün ilk 3 gün içində əldə etdiyi gəlir rekord məbləğdir!

PlayStation 4, Xbox One və PC üçün təqdim olunan oyunun Activision tərəfindən 3 il müddətində yeniləndiyini nəzərinizə çatdıraq. Activision-un açıqladığı rəqəmlərə görə Black Ops 3 ilk 3 gün ərzində ümumilikdə 550 milyon dollardan çox qazanc gətirib!

Black Ops 3 oyunu bununla da 2015-ci ilin əyləncə sektorunda çıxışı ilə ən çox gəlir gətirən məhsulu olub. Activision şirkəti rəsmi açıqlamasında bu məqama xüsusi toxunduğunu da əlavə edək.