Bütün dünya üzrə İnstagramın fəaliyyətində problem yaranıb

Bu gün dünyanın ən məhşur foto sosial şəbəkəsi olan Instagramda problem yaranıb. İstifadəçilərin verdiyi məlumata görə kompüterlə Instagram səhifəsini yeniləyən zaman «5xx Server Error» adlı yazı yaranır və səhifə yenilənmir. Mobil istifadəçilərdə isə əsas səhifə yenilənmir.

Sistemin işləməməsi barədə rus, alman, ispan və s. dillərdə verilən məlumatlar bu problemin bütün dünyada yaşandığını sübut edir. Baş vermiş hadisə ilə bağlı şirkətdən heç bir rəsmi açıqlama gəlməyib.