Bu Lamborghinidən sadəcə 3 ədəd istehsal ediləcək!

Cenevrə  avtomobil  sərgisində özünü göstərən sport avtomobillərdən biri də Lamborghini Veneno!

Lamborghini avtomobillərinin 50 ili münasibətilə firmadan yepyeni sport avtomobil gəldi.Cenevrə avtomobil sərgisində iştirakçıların diqqətini çəkən bu xüsusi avtomobil məhdud sayda istehsal ediləcək.Yalnızca 3 ədəd istehsal olunacaq bu avtomobil 3.12 milyon dollar qiymətilə satışa çıxarıldı.Artıq bu kosmik qiyməti ödəyərək məhdud sayda olan bu avtomobilə sahib ola bilməyəcəksiniz.Çünki satışa çıxarılan bu 3 avtomobil Cenevrə avtomobil sərgisində artıq satın alındı.Onuda qeyd edək ki,Veneno İspan dilindən tərcümədə “zəhər” mənasını daşıyır.Venom sözü avtomobilin agressiv görünüşü ilə üst-üstə düşür.Veneno 6.5litr yanacaq tutumuna malikdir və 740 at gücündədir.Avtomobilin son sürəti haqqında hələlik bir məlumat yoxdur.