Bu həftənin ən yaxşı 7 tətbiqetməsi

Bir çox gündəm xəbərlərini izlərkən, bir sıra maraqlı yeniliklər nəzərdən qaçır. Sizə çox maraqlı və faydalı bildiyimiz 7 tətbiqetməni təqdim edirik.

1. ALLWOME

allwome

Bu tətbiq xanımlar üçündür. Dodaq boyasından modaya, münasibətlərdən sağlamlığa, bir sıra maraqlı mövzularda tövsiyyələr və məqalələr əldə edəcəksiniz. 34 fərqli kateqoriyada 50.000 məqalə ilə məsləhətçinizə çevrilən Allwome sizin qadın bələdçiniz yaxud moda jurnalınıza çevrilə bilər.

Yükləmək üçün: iOS | Android

2. Habitica

habitica

Gündəlik işlərinizi yerinə yetirməklə xal qazanacaq və dostlarınızla yarışacaqsınız. Kitab oxumaq, dil öyrənmək, idmanla məşğul olmaq və s. vərdişlərinizi daha maraqlı, daha rəngli və oyun kimi yerinə yetirmək üçün əla vasitədir. Habitica vasitəsilə siz xal topladıqca yeni səviyyə qazancaq, yeni silahlar və zirehlər əldə edəcəksiniz.

Yükləmək üçün: iOS | Android

3. Laugh.ly

laughly

Düşünmürük ki, kimsə gülməyi xoşlamasın. Laugh.ly tətbiqi vasitəsilə isə 400-dən çox komediya ustasının videolarını izləmə imkanı əldə edəcəksiniz. Bir sıra yeni komediya usataları (Aziz Ansari, Amy Schumer, Margaret Cho, John Mulaney) ilə yanaşı, siz klassik komediya xəzinəsini də (Richard Pryor, George Carlin, LaWanda Page) tapacaqsınız. Hal-hazırda ingilis dilində videolar olmasına baxmayaraq, gələcəkdə müxtəlif dillərdə videoların da əlavə olunacağına ümid edilir.

Yükləmək üçün: iOS | Android

4. Lingua.ly

lingualy

Duolingo istifadə edənlər dil öyrənmək üçün tətbiqlərin nə qədər faydalı olduğunu başa düşürlər. Əgər siz daha təkmil, daha üstün və tərcümə yönümlü bir tətbiq istəyirsinizsə, o zaman Lingua.ly sizin seçiminiz olmalıdır. Bir sıra faydalı funksiyaları olan bu tətbiqlə siz dil öyrənmə və tərcümə işini daha effektiv həyata keçirə biləcəksiniz. Tətbiq hal-hazırda ingilis, ispan, fransız, alman, ərəb, ivrit, italyan, rus, holland və portuqal dillərini dəstəkləyir. Tətbiqin ən mənfi cəhəti isə pulsuz olmamasıdır. Tətbiq üçün siz 2,99 dollar ödəməli olacaqsınız.

Yükləmək üçün: iOS

5. Napkin

napkin

Yemək bişirmək həvəskarları üçün əvəzolunmaz bir tətbiqdir. Mətbəxdəki dəqiqələrinizi daha maraqlı, planlı və keyfiyyətli hala gətirəcək bu tətbiq, hətta ağıllı saatla da işləyir. Tətbiq resepti siz yeməyi bişirdikcə səsli oxuyur, siz “next” (davam et) dedikcə növbəti addımlara keçir. Vaxtı nəzarətdə saxlayır və tövsiyyələr verir.

Yükləmək üçün: iOS

6. Rolling Sky

rolling-sky

Cube Runner oyunun xatırladan bu oyunun ən böyük üstünlüyü minimalist dizayna malik olması və daha uğurlu musiqi seçimləridir.

Yükləmək üçün: iOS | Android

7. Weather Whiskers

Weather-Whiskers

Hava proqnozunu yoxlamağın bundan daha maraqlı yolunu yəqin ki, hələ heç kim kəşf etməyib. Belə ki, siz tətbiqə daxil olub hava proqnozuna baxmaq istəyəndə, qarşınızda pişik görünür. O həmin günün havasına uyğun şəkildə geyinir və sizə hava barədə xəbərdarlıq verir. Əgər siz itləri daha çox sevirsinizsə, alternativ olan Weather Puppy tətbiqini yoxlaya bilərsiniz.

Yükləmək üçün: iOS | Android